Yolda özünü apara bilməyən sürücü nalayiq söyüşlər söydü - VİDEO

Bakıda qaydaları pozub söyüş söyən sürücü kameraya düşüb. Hadisəni lentə alan sürücü başına gələnləri olduğu kimi bizə danışıb: "İdarə etdiyim avtomobillə martın 11-də paytaxtın Böyükşor küçəsində hərəkətdə olarkən, 77-BM-799 qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq təhlükə yaratdı. Mən ona səs siqnalı verərək xəbərdarlıq edib yoluma davam etdim. Bundan qəzəblənən sürücü Binəqədi-Balaxanı şossesinə çıxan zaman məni sağdan ötərək qəsdən sıxmağa başladı. Mən yenidən səs siqnalı ilə xəbərdarlıq edərkən, o həm öz avtomobilindəki, həm də mənim avtomobilimdəki sərnişinlərin yanında nalayiq söyüşlər söyərək şərəf və ləyaqətimi alçaltdı. Daha sonra isə bütöv xəttin tələbini pozaraq əks yolda hərəkətinə davam etdi".
Sürücü məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi şikayət ünvanladığını bildirir.
Elmin
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO












