Yolda "səkkiz yazan" sürücü polisin gözü qarşısında görün nə etdi - VİDEO

Bakıda manevr qaydalarını pozan sürücünün videogörüntüsü avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 90-PR-843 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü kənar dairəvi yolun geriyə dönmə yerində hərəkət edən zaman lüzumsuz yerə bir neçə dəfə manevr edib. Sürücü həmin vaxt dönmə siqnallarından istifadə etmədiyi üçün arxadan gələn avtomobilləri çaşdırıb. O, daha sonra yol polisi əməkdaşlarının gözü qarşısında sağ zolaqdan sola dönərək qaydaları kobud şəkildə pozub.
Zolaqlar üzrə düzgün yerləşməyən, lüzumsuz yerə manevr edən sürücülərlə tez-tez rastlaşırıq. Sərt döngələrdə hərəkət edən sürücülər döngənin istiqamətinə uyğun olaraq gah sağa, gah da sola hərəkət edərək manevr qaydalarını pozurlar. Bunun başlıca səbəblərindən biri hərəkət sürətinin düzgün seçilməməsidir. Yəni sürücü döngəyə yüksək sürətlə daxil olan zaman idarəetməni itirməmək üçün zolaqları kəsə-kəsə getməyə məcbur qalır. Bəzən belə məqamlarda qəza da qaçılmaz olur. Lakin sürücü idarə etdiyi avtomobilin texniki xarakteristikasına uyğun olan sürəti seçsə zolaqdan kənara çıxmadan rahat şəkildə hərəkət edə bilər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












