Yük avtomobilləri sürücülərinin diqqətinə: 100 manat 4 bal cərimə oluna bilərsiniz

Bəzən magistral yollarda yük avtomobilləri sürücüləri zolaqları tez-tez dəyişərək hərəkət edirlər. Eyni zamanda sol zolaqda asta sürətlə hərəkət edirlər. Bəs buna görə cərimənin olduğunu bilirlərmi? İnzibati Xətalar Məcəlləsinin 327.5-ci maddəsində qeyd olunur ki, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə görə yüz manat məbləğində cərimə və 4 bal nəzərdə tutulub. Yəni, 5.1 və 5.3 nişanları ilə işarələnmiş yollarda (Məsələn, Zığ şossesi) yük maşınları yalnız ən sağ və ikinci zolaqla hərəkət edə bilərlər. Əgər sol zolağa keçsələr cərimə olunacaqlar.
Qeyd edək ki, bu 3 və daha artıq zolağı olan yollar üçün keçərlidir. Amma 2 zolaqlı yol olarsa yük avtomobilinin sürücüsü sol zolağa keçərək ötmə edə bilər.
Orxan
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












