Yük maşını təhlükəli anlar yaşatdı - DYP-dən AÇIQLAMA - VİDEO

Bakının Lökbatan qəsəbəsi ərazisində təhlükəli anlar yaşanıb. Belə ki, 99-BU-386 dövlət qeydiyyat nişanlı kamaz markalı yük avtomobili həm təhlükəsizlik qaydalarını, həm də yükdaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatına, eləcə də digər avtomobillərə təhlükə yaradır. Eyni zamanda avtomobilin arxa tərəfində dövlət qeydiyyat nişanı hissəsi də palçıqlı olduğundan görünmür və bu da öz növbəsində inzibati məsuliyyət yaradır.
Baş verən xoşagəlməz halla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. Qurum sözçüsü məsələni araşdıracaqlarını və qanun çərçivəsində tədbirin görüləcəyini bildirdi. "Qeyd etməliyəm ki, ümumiyyətlə yük avtomobilləri yük daşıyırsa yükdaşıma qaydalarına düzgün riayət etməlidir. Söhbət tikinti materiallarının daşınmasından gedirsə, sözsüz ki, qablaşdırılmış formada aparılmalıdır. Əgər qum və daş aparırsa, yenə də onun üstü xüsusi örtüklə örtülməlidir. Sözsüz ki, o yükün dağılması inzibati xəta tərkibi yaradır və yükdaşıma qaydalarının pozulması ilə bağlı sürücü məsuliyyətə cəlb edilir. İndi siz dediyiniz formada həmin yük avtomobili həqiqətən bu tələbləri pozursa, sözsüz ki, ərazidə xidmət aparan polis əməkdaşları elə onu görən anda saxlayıb yerindəcə belə protokol yazacaq. Mən düşünürəm ki, burada təkcə yükdaşıma qaydalarının pozulması deyil, bu həm də ətraf mühitin çirklənməsinə, atmosfer havasının qorunmasına qarşı bilərəkdən yönəldilən bir addımdır. Burada həm yükdaşıma qaydasının pozulması ilə bağlı sürücü məsuliyyətə cəlb edilməlidir. Ayrıca olaraq hesab edirəm ki, bu ətraf mühitin zibillənməsi ilə də bağlı bir öz əməlini dərk eləməlidir. Çünki bu gün ekologiyanın, atmosfer havasının, ətraf mühitin mühafizəsində hər kəs öz məsuliyyətini dərk etməlidir. Biz də sürücülərimizi bir daha diqqətli olmağa səsləyir, qanunun tələblərinə tabe olmağı, həm özlərinin, həm də digər vətəndaşların həyatına təhlükə yarada biləcək əməllərdən çəkinməyə çağırırıq"- deyə Vaqif Əsədov bildirib.
Bu qayda pozuntusu tıxac və qəza riskini artırır - Təkcə yol nişanı kifayət etmir
Qırıq xətt görən kimi ötməyə çıxan sürücülər ölümə gedir - VİDEO
Prospektdə sıxlıqdan yayınmaq istəyən sürücü qəza şəraiti yaratdı - VİDEO
Birinci cərgə boş ola-ola ikinci cərgədə dayanıb maneə yaratdı - VİDEO
Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək
Heyvanın səbəb olduğu qəzalarda məsuliyyəti kim daşıyır? – Qanun belə deyir – VİDEO
Bu küçədə hər gün eyni mənzərə təkrarlanır: Qanunsuz taksilər dayanacağı zəbt edir - VİDEO
Sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini gizlədirlər - FOTO
Taksi sürücüsündən ŞİKAYƏT: "Minib-düşmə yerini xidməti avtomobillər zəbt edib" - VİDEO
Məktəbin qarşısında təhlükəli manevr edən sürücü CƏZALANDIRILDI - VİDEO
Sürücü əks yolda olduğunu son anda anlayıb ölümdən xilas oldu - VİDEO










