"011" ağaca çırpıldı, yaralanan var

Bu gün saat 15:00 radələrində Qarməryəm-İsmayıllı-Şəki magistral yolunn 140-cı km-də Şəkinin Küngüt kəndi ərazisində yol qəzası qeydə alınıb. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə zamanı Şəkinin Baş Kəldək kənd sakini Ramazanov Yusif Mirsaleh oğlu idarə etdiyi 55-BC-472 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən idaretməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal hadisə yerinə cəlb olunmuş həkim briqadasının köməkliyi ilə Şəki RMX-yə çatdırılıb.
Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi bilinmir. Faktla bağlı baş dövlət yol polisi idarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












