Azərbaycanda evini əxlaqsızlıq yuvasına çevirən qadın SAXLANILDI

Astarada evini əxlaqsızlıq yuvasına çevirən qadına cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Artupa kəndində baş verib.
Kənd sakini 43 yaşlı Şəfiqə Məlikova (şərti adla) ikimərtəbəli ikinci evini bir neçə dəfə pul müqabilində 1 və 1 saat yarımlıq Vüsala (şərti adla) verib. Vüsal isə evə tanışı olan qadınla birgə gəlib. Bunu isə əvvəlcədən Şəfiqəyə də bildirib. Sonuncu belə cinayət zamanı polis əməkdaşları daxil olan məluma əsasında Şəfiqənin həmin evinə daxil olublar. Onlar Vüsalla tanışı olan qadının cinsi əlaqədə olduqlarının şahidi olublar.
Fakt əsasında Ş. Məlikova barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
Ş. Məlikova ifadəsində bildirib ki, evini əxlaqsızlıq yuvasına çevirərək qazandığı pulları oğluna göndərib. O, əməlindən peşman olduğunu, ilk dəfədir ki, cinayət törətdiyini və şəkərli diabet xəstəsi olmasını deyərək, nəzərə alınmasını xahiş edib.
Məhkəmə Şəfiqənin dediklərini nəzərə alıb. Qərara əsasən, qadın qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum olunub. (modern.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












