13 yaşlı velosipedçini maşın vurub öldürdü

Dünən axşam saatlarında Zaqatalada velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, qəza rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb. Kənd sakini 21 yaşlı Orxan Oruc oğlu Musayev idarə etdiyi "VAZ 2104" markalı "62 RX 089" dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və yol ilə hərəkət edən velosipedçi, Zaqatala şəhər sakini 13 yaşlı Hacı Rövşən oğlu Mehtiyevi vurub.
Nəticədə müxtəlif bədən xəsarətləri alan uşaq Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı xəstəxanaya daxil olduqdan sonra bütün göstərilən müdaxilələrə baxmayaraq aldığı ağır bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Zaqatala rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












