14 yaşlı yeniyetmədən dəhşət doğuran qəza - VİDEO

İcazə almadan atasının avtomobilini idarə edən yeniyetmə qəza törədib.
Avtosfer.az xəbər verir ki, dəhşətli hadisə dünən gecə saatlarında Almaniyada qeydə alınıb. Videodan göründüyü kimi, “Volkswagen” markalı avtomobil yoldan çıxaraq meşəliyə düşüb. Ağır yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb yüksək sürət həddi olub. Belə ki, sürət həddini sıxan 14 yaşlı yeniyetmə avtomobilin idarəetməsini itirərək ana yoldan çıxıb. Avtomobil meşəliyə düşərək ağaca çırpılıb. Nəticədə “Volkswagen” tamamilə yararsız vəziyyətə düşüb. Hadisənin təəccüb doğuran məqamı isə yeniyetmənin yüngül xəsarətlərlə ağır qəzadan qurtulması olub.
Qeyd edək ki, aparılan araşdırma zamanı onun valideynlərindən xəbərsiz sükan arxasında əyləşdiyi və adrenalin yaşamaq üçün sürəti yüksəltdiyi müəyyənləşib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












