15 yaşlı oğlan maşınla ağır qəza törətdi

Lənkəranda baş verən avtoqəzada yeniyetmə sürücü ağır yaralandı. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, gecə saatlarında iki "VAZ 2107"nin toqquşması ilə nəticələnən avtoqəzada yeniyetmə sürücü ağır yaralanıb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.
Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsindən şəhər istiqamətinə hərəkət edən eyni markalı avtomaşınların toqquşması sürücülərdən birinin ağır yaralanması ilə nəticələnib. Şəhər sakini, 15 yaşlı Şəhriyar Məmiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşın 32 yaşlı Anar Məmmədovun eyni markalı maşınının zərbəsinə tuş gəlib. Zərbə nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb, sürücü Şəhriyar isə ağır bədən xəsarətləri alıb.
Yaralı sürücü hadisə şahidləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal cərrahi əməliyyata götürülüb. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəblərinə gəlincə, ilkin versiya kimi qəzanın yaxın qohumunun maşınını idarə edən 15 yaşlı Şəhriyarın dönmə əməliyyatını düzgün yerinə yetirməməsindən baş verdiyi deyilir.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












