Sükan arxasına keçən 16 yaşlı gənc qəza törətdi: 7 yaralı - FOTO

Sürücülük vəsiqəsiz avtomobil idarə edən 16 yaşlı yeniyetmə qəza törədib. Avtosfer.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Krasnodar əyalətinin Qelendjik şəhərində qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin əyalət üzrə regional idarəsindən məlumat verilib.
Bildirilir ki, gənc idarə etdiyi “Volkswagen” markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolun əks istiqamətinə çıxaraq “Hyundai” markalı minik avtomobillə toqquşub.
Nəticədə “Volkswagen”də olan 15-13 yaşlarında iki sərnişin, “Hyundai”ın 45 yaşlı sürücüsü və onun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətlərilə hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qəzaya səbəb olan 16 yaşlı gəncə isə hadisə yerində ilkin tibbi yardım göstərlib.
Polisin ilkin araşdırması zamanı hadisəni törədən yeniyetmənin sürücülük vəsiqəsi olmadığı müəyyən olunub.
Namiq
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













