200 min dollarlıq “Ferrari” qəzaya uğradı – FOTO + VİDEO

Moskvada “Ferrari” markalı avtomobil əks hərəkət istiqaməti zolağına keçib və iki maşına çırpılıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Bahalı maşının sürücüsü hadisə yerindən qaçsa da sonradan tutulub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə Dövlət İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.
Moskva polisləri qəzanın səbəbkarını Krım körpüsünün yaxınlığında cümə gününə keçən gecə aşkar ediblər. Yanan “Ferrari”nin sürücüsü sürücülük vəsiqəsi olmayan 17 yaşlı gənc olub.
“Yanan maşın hüquqi şəxsin adına – maşınların satışı və komissiyaya qəbulu ilə məşğul olan şirkətin adına qeydiyyatdan keçib. 17 yaşlı Moskva sakini heç bir zaman sürücülük vəsiqəsi almayıb və nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayıb. Gənc oğlanın avtomobilin sükanı arxasına necə oturduğunu polis əməkdaşları müəyyən etməli olacaqlar”, - Qaliakberov bildirib. Hal-hazırda qəza faktı üzrə yoxlama aparılır, cinayət işinin qaldırılması məsələsi həll edilir. Qeyd edək ki, “Ferrari” markalı avtomobilin orta qiyməti 200 000 dollardır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












