458 nəfərin olduğu gəmi batdı - Sərnişinlərin qışqırıqları eşidilir

Çinin cənubunda 50-80 yaş arası 458 nəfəri daşıyan gəmi fırtınaya düşərək batıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər cəmi 12 nəfərin həyatını qurtara biliblər, 400-dən çox sərnişindən isə heç bir xəbər yoxdur. Gəminin içərisində qalan sərnişinlərin yardım qışqırıqları eşidilir.
Xilasetmə tədbirləri külək və güclü yağış səbəbindən çətinləşib. İndiyə kimi xilas edilənlər arasında gəminin kapitanı və baş mühəndisinin olduğu bildirilir. Çinin dövlət radiosu gəminin iki dəqiqə ərzində batdığını və yardım siqnalı vermədiyini, gəmidə olan 7 sərnişinin sahilə üzərək xəbəri çatdırdığını deyib. Çinin baş naziri axtarış və xilasetmə tədbirlərinə nəzarət etmək üçün hadisə yerinə gəlib. Batan gəmidə yaxınları olanlar isə turu təşkil edən şirkətin Şanxaydakı ofisinə basqın ediblər. Xilasedicilər gəminin üzərinə cəkiclə vuraraq sağ qalanların olduğu yeri müəyyən etməyə çalışırlar.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














