ABŞ-da 126 sərnişinin olduğu təyyarə eniş zamanı alışıb, xəsarət alanlar var

ABŞ-ın MD-82 sərnişin təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb. Məlumata görə, eniş zamanı hava maşınının ön şassisi qırılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Qeyd edilir ki, hadisə zamanı təyyarənin göyərtəsində 126 nəfər olub.
Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib. Yaralılar tibb müəssisələrinə, qalanları isə avtobuslarla təyyarənin dayanacağından terminala aparılıb.
Hava limanında bir neçə reys təxirə salınıb. Yanğınsöndürmə briqadası alovun nəzarət altına alındığını bildirib, hazırda yanacaq sızması fəsadlarının aradan qaldırılır.
ABŞ-ın Nəqliyyatda Milli Təhlükəsizlik Şurası bildirib ki, qəzanın səbəbləri ilə bağlı araşdırma çərşənbə günü başlayacaq.
“Report”
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB











