ABŞ-da təyyarə qəzası: 21 nəfər xəsarət alıb

ABŞ-ın Fort-Loderdeyl şəhər aeroportunda (Florida ştatı) "Boeing 767" tipli sərnişin təyyarəsinin sol mühərrikində yanğın baş verməsindən sonra həyata keçirilən təxliyyə zamanı 21 nəfər xəsarət alıb. Avtosfer.az tass-a istinadən xəbər verir ki, bu barədə hava limanının yerləşdiyi Brouard dairəsinin yanğından xilasetmə xidmətinin idarəsindən məlumat verilib.
ABŞ-ın "Dynamic International Airways" aviaşirkətinə məxsus olan "Boeing 767" tipli sərnişin təyyarəsinin sol mühərrikində yanğın hava gəmisi uçuşa başlamağa hazırlaşarkən yaranıb. Venesuelanın paytaxtı Karakasa uçmalı olan təyyarədən yanacaq sızması barədə hava limanındakı digər təyyarələrin pilotları dispetçerə məlumat verib.
Nəticədə daha böyük faciənin qarşısı alınıb. Yanğın zamanı mühərrik və qanadın bir hissəsi tam yanıb. Sərnişinlər isə hava ilə doldurulan ehtiyat trapla salonu tərk edib. "Dynamic International Airways" aviaşirkətindən verilən məlumata görə, həmin vaxt salonda 110 sərnişin və 9 ekipaj üzvü olub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












