Abşeronda yuxulu sürücü yük maşınını beton arakəsməyə çırpdı - VİDEO

Abşeron rayonu Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, yük maşını yoldakı beton arakəsməyə çırpılıb.
Hadisə zamanı xəsarət alanın olub-olmaması bilinmir. Qəza nəticəsində nəqliyyat vasitəsinə və yol təsərrüfatına ciddi maddi ziyan dəyib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, “Mersedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və beton arakəsməyə çırpılıb:
“Hadisə bu gün saat 08:00 radələrində baş verib. İlkin ehtimallara görə, o yuxulu olub. Bir daha sürücülərdən xahiş edirik ki, yola çıxmadan istirahət rejimlərinə əməl etsinlər. Özləri ilə yanaşı, digər yol-hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmasınlar”.
oxu.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












