Ağdamda «Toyota» ilə «07» toqquşdu - FOTO

Ağdamın Əfətli kənd sakini Rais Həsənovun idarə etdiyi «Toyota» markalı avtomobil rayonun Evoğlu kənd sakini Ayaz Həsənovun sükanı arxasında əyləşdiyi «VAZ-2107»nin yoluna çıxıb. Toqquşma nəticəsində «07» yoldan kənara çıxıb. Avtomobilin sürücüsü Ayaz Həsənov yaralanıb. «Toyota»nın təhlükəsizlik yastıqlarının açılması isə Rais Həsənovu xəsarət almaqdan saxlayıb.
«VAZ 2107»nin sürücüsü 39 aşlı Ayaz Həsənov əvvəl Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan Bərdəyə göndərilib.
Bərdə rayon xəstəxanasından əldə etdiyimiz məlumata görə, zərbə nəticəsində Ayaz Həsənovun sol ayağı sınıb, sol əli və döş qəfəsi əzilib. Yaralıya tibbi yardım göstərilib, hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Ağdam rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsindən hadisədə təqsirli tərəfin «Toyota»nın sürücüsü Rais Həsənov olduğunu təsdiqlədilər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO












