Ağdaşda “Kamaz” aşdı, sürücü yaralandı
Qəzalar
6 Oktyabr 2015 02:31

Avtomobilin yük yerindəki mişar daşları yola dağılıb
Ağdaş rayonunda yük avtomobili aşıb, xəsarət alan var. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 243-cü kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb. Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Firuz Müzəffər oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin yük yerindəki mişar daşları yola dağılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə yük avtomobilinin qarşısına qəflətən naməlum minik maşını çıxıb və sürücü toqquşmadan qaçaraq idarəetməni itirib, “Kamaz” yoldan çıxaraq aşıb. Hadisə zamanı hava yağışlı olub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1679
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
ŞƏRH YAZ












