Ağır qəza: "Zaman-Azərbaycan" qəzetinin əməkdaşı öldü - FOTO

Bakının Binəqədi rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, “VAZ” markalı minik maşını rayon ərazisində yolayırıcı səddə çırpılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1986-cı il təvəllüdlü Əsədullayev Cavid Əhməd oğlu hadisə yerində vəfat edib. Xilasedicilər C.Əsədullayevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təvil veriblər. Əməliyyat saat 02:25-də başa çatıb.
Qeyd edək ki, 29 yaşlı Cavid Əsədullayev "Zaman-Azərbaycan" qəzetinin əməkdaşıdır. Qəzetin baş redaktoru Anar Qaraxancallı APA-ya açıqlamasında bildirib ki, o, "Zaman-Azərbaycan" MMC-nin yayım şöbəsinin poçtalyonu olub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO













