Ağır yol qəzası, 1 ölü, 4 yaralı - FOTO

Sabirabadda baş verən yol qəzasında bir ailənin 4 üzvü yaralanıb, biri isə ölüb.Sabirabad polis şöbəsindən verilən məlumata görə, avtoqəza axşam saat 20.50-də, Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verib. Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Hənifəyev Heybətin idarə etdiyi “Mercedes” markalı 90 UF 115 dövlət nömrə nişanlı avtomobil, Axtaçı-Muğan kənd sakini, 1977-ci il təvəllüdlü Məhəmmədov Məhəmməd Şahin oğlunun idarə etdiyi «VAZ 2107» markalı, 99 AM 524 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə «VAZ 2107» markalı avtomobildə olan sərnişin, Axtaçı-Muğan kənd sakini 1975-ci il təvəllüdlü Mehdiyev Adəm Nüsrət oğlu xəstəxanaya aparılarkən yolda ölüb.
«VAZ 2107» markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər -Axtaçı-Muğan kənd sakinləri, 1983-cü il təvəllüdlü Məhəmmədov Məhəbbət Şahin oğlu, 2009-cu il təvəllüdlü Məmmədli Şahin Məhəmməd oğlu və 1981-ci il təvəllüdlü Mehdiyev Namiq Böyükağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO













