Ağır yol qəzası keçirən azərbaycanlı müğənni danışdı: "Qəza vaxtı yatmışdım" - VİDEO

"Bizimləsən" verlişinin çəkiliş heyəti bir müddət əvvəl ağır yol qəzasına düşən müğənni Baba Dərələyəzliyə baş çəkib.
Avtosfer.az xəbər verir ki, artıq iki aya yaxındır müalicə alan sənətçi başına gələn ağır yol qəzasından danışıb. Baba bədbəxt hadisənin ev şənliklərindən birindən qayıdarkən Bakı-Şamaxı yolunda baş verdiyini bildirib:
"Qəza vaxtı mən yatmışam. Avtomobili sürücüm idarə edirdi. O, mənim dayımoğludur. Hazırda daxili orqanlarımdan şikayətim yoxdur. Amma əməliyyat zamanı ayağıma taxılan dəmirlər yeriməyə imkan vermir. Bu günkü günümüzə şükr əgər ölmədiksə bunlar da keçər".
Qeyd edək ki, ağır yol qəzası sənətçinin daxili orqanlarında fəsadlar yaradıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Babanın dalağını çıxardıblar, qara ciyərinin isə bir hissəsini kəsiblər.
Ətraflı videoda:
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











