Ağır yol qəzası: ölən və yaralanan var

Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Xəlfərəddin küçəsində - Mərkəzi Xəstəxananın qarşısında qeydə alınıb. Ağcabədi rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Rahib Mirəli oğlu Əhmədovun idarə etdiyi 04- BX- 670 dövlət nömrə nişanlı "VAZ 21054" markalı avtomobillə 1976-cı il təvəllüdlü Rövşən Bəhlul oğlu Rüstəmovun idarə etdiyi 02- BB- 904 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ 21011" sürücüsü Rövşən Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Digər avtomobilin sürücüsü Rahib Əhmədov isə ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. Hadisə baş verən zaman avtomobillərin hər birində bir sərnişin olsa da, heç biri xəsarət almayıb.
Faktla baglı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












