Ağstafada iki "VAZ" toqquşdu, sərnişin avtomobillərin arasında qalaraq öldü

İyun ayının 15-də Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ-2172 (Lada Priora) markalı avtomobil ilə toqquşub. Toqquşmadan əvvəl sərnişin, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəyib və bu zaman o, iki avtomobilin arasında qalaraq xəsarət alıb və aparıldığı Ağstafa rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












