Ağstafada iki avtomobil toqquşdu, bir ailənin 3 üzvü olmaqla 4 nəfər xəsarət aldı - FOTO

Ağstafada iki avtomobil toqquşub, bir ailənin 3 üzvü olmaqla 4 nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin 3 üzvü - sürücü, 1965-ci il təvəllüdlü Mehman Xudu oğlu Musayev, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Könül Bəhram qızı Musayeva və sürücünün bacısı, 1970-ci il təvəllüdlü Həyat Xudu qızı Musayeva xəsarət alıb.
Digər avtomobildə xəsarət alan isə 1996-cı il təvəllüdlü Anar Şahin oğlu Əsgərov olub.
Xəsarət alanlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan H.Musayeva daha sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına köçürülüb.
Qeyd edək ki, sosial şəbəkələrdə yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Görüntülərdə avtomobillərin toqquşmasından sonra nəqliyyat vasitələrindən birinin yandığı, əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadasının cəlb olunduğu və yanğının söndürüldüyü əks olunub.
Faktla bağlı araşdırma aparılır. (report)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












