Ağstafada toya gedənlər ağır qəzaya düşdü- 7 yaralı -VİDEO

Bakı-Qazax magistral yolunun 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisində 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, Ağstafa rayon Qırlı kənd sakini, 1994-ci il təvəllüdlü Tural Abbasovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sərxan Muxtarovun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobil toqquşub. Nəticədə sürücülər və sərnişinlər - 1995-ci il təvəllüdlü Turan Abbasov, 1998-ci il təvəllüdlü Kənan Umarov, 1962-ci il təvəllüdlü Qərənfil Muxtarova,1992-ci il təvəllüdlü Əminə Şahquliyeva, 1961-ci il təvəllüdlü Telman Muxtarov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Oradan 4 yaralı Qazax Diaqnostika Mərkəzinə, bir nəfər T. Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, ii nəfər isə ambulator müalicəyə evə buraxılıb. Məlumata görə, “Ford”da olanlar Ağstafadan Bakıya toyuna gedənlər olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












