Ağsuda avtomobil qəzaya uğrayıb: 2 ölü

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, hadisə rayonun Kəlağaylı kəndində qeydə alınıb. Belə ki, rayonun Pirhəsənli kənd sakini, 29 yaşlı Razi Kərimov idarə etdiyi 10-LN-047 nömrə nişanlı «VAZ-2107» markalı avtomobili rayon sakini Eldar Karmukovun idarə etdiyi traktora vurub. R.Kərimov və sərnişini Elsevər Əhmədov xəstəxanaya yerləşdirilsə də, həkimlər onların həyatını xilas edə bilməyib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Əhmədov Elsevər Hacı oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Elmin
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO













