Ağsuda yol qəzası rayonun 4 saat işıqsız qalmasına səbəb olub - FOTO

Ağsuda avtomobilin işıq dirəyiniə çırpılması nəticəsində şəhər ərazisi 4 saat işıqsız qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki,”Ford” markalı mikroavtobusun sürücüsü, rayonun Ərəbuşağı kənd sakini, Elvin Hüseyn oğlu Muradov adıçəkilən küçədə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb. Elektik şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və həmin əraziyə işığın verilişi qismən bərpa olunub. Hazırda işlərin tam başa çatması istiqamətində Ağsu rayon elektrik şəbəkəsinin əməkdaşları işlərini davam etdirirlər.
Faktlan bağlı araşdırmalara başlanılıb.

”Report”
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var











