Ana və oğlu avtomobilin altında qalmaqdan son anda xilas oldu - FOTO

Türkiyənin Zonquldaq əyalətində ana və oğlu avtomobilin altında qalmaqdan son anda xilas olub. Avtosfer.az xəbər verir ki, Meşrutiyet məhəlləsində, Abdullah F. idarə etdiyi 06 ZHJ 11 dövlət nömrə nişanlı “Renault” markalı avtomobillə hərəkətdə olarkən, sükan idarəetməsini itirərək binalardan birinin girişindəki pilləkənlərin boşluğuna düşüb. Hadisənin şokunu yaşayan sürücünün köməyinə ətrafdakı vətəndaşlar gəlib.
Qəzadan saniyələr əvvəl oğlu ilə birlikdə binandan çıxaraq, olayın baş verdiyi pilləkənlərdən istifadə edən Qönçə Köç, 50 saniyə öncə buradan uşağı ilə birlikdə çıxdığını və 3 metr irəlilədikdən sonra gurultu səsi eşitdiyini deyib: “Arxaya dönəndə gördüm ki, pilləkənlərin üzərinə avtomobil düşüb. 40 gün içərisində bu artıq 3-cü hadisədir ki baş verir”. Bina sakinlərindən Tunay Belen isə, “Buranın problemini hər kəs bilir. Sürücülər bu yolu geniş zənn edirlər. Ön təkər düşəndən sonra aşırlar. Əgər bura təhlükəsizlik baryerləri qoyulsa, avtomobillər aşağı düşməzlər. Bu artıq 3-cü belə qəzadır. Bura bələdiyyənin nəzdində olan yoldur, onlar düzəltməlidirlər” – deyə əlavə edib.
Bina sakinlərinin şikayətlərindən sonra, hadisə yerinə qaldırıcı kran çağırılıb. Avtomobil bina sakinlərinin tək gediş-gəlişləri olan pilləkənlərin üzərindən kran vasitəsi ilə qaldırılıb.
Namiq Musayev



Pambıq tarlasına gedirdi, sükan arxasında öldü - FOTO
Şəmsi Səmədzadə ağır qəza keçirdi: Eksklüziv FOTOLAR
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi - FOTO
Hansı halda hadisə yerini tərk etmək olar? - DİN-dən İZAH - VİDEO
Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR
Maşının arxasından qəfil əks yola çıxan sürücü qorxulu anlar yaşatdı - VİDEO
Düzgün dönə bilməyən sürücü dayanmış maşını vurub qaçdı - VİDEO
Binədə döngəyə yüksək sürətlə girən yük maşını aşdı - VİDEO
Bakıda ağır qəza: “Niva” bir neçə dəfə aşaraq maneəyə çırpıldı, yaralılar var - VİDEO
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - ÖLƏN VAR
Ağır qəza baş verib: ÖLƏN VAR - YENİLƏNİB










