Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının səhhətləri açıqlandı - YENİLƏNİB

Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar dörd nəfər (hər biri kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyəti stabil olan 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır olan 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.
***
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












