Ara məsafəsini qorumayan sürücü qəza törətdi

Gecə saatlarında Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Nobel prospektində qeydə alınmış avtoqəza zamanı “Toyota” və “Mercedes” markalı avtomobillər toquşub. Müəyyən edilib ki, hər iki nəqliyyat vasitəsi şəhərin mərkəzindən Zığ şossesi istiqamətində hərəkət edirmiş. “Mercedes” markalı minik maşını Nobel prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində işıqforun qırmızı işığının tələbilə dayanıb. Ancaq digər avtomobilin sürücüsü ara məsafəsini düzgün təyin edə bilmədiyi üçün onun idarə etdiyi “ToyotA” markalı minik maşını zərblə arxadan “Mercedes”ə çırpılıb. Hadisə nəticəsində ikinci minik maşınının sürücüsü yüngül xəsarət alıb. Ona hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadasının həkimləri tibbi yardım göstərib. Qəzada ziyan görmüş nəqliyyat vasitələri isə cərimə dayanacağına qoyulub. Yol qəzasının təfərrüatları araşdırılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












