Atın səbəb olduğu qəzadan dəhşətli - FOTOLAR

Dünən axşam saat 20:00 radələrində Gəncə-Bakı yolunun başlanğıcında yol qəzası baş verib. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboy sakini 62 yaşlı Saday Əliyev idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən qarşısına at çıxıb və sürücü idarəetməni itirib. Bu zaman arxadan yüksək sürətlə eyni istiqamətə yol alan Bakı sakini 33 yaşlı İlkin Cənnətov "Mercedes" markalı avtobusla "Hyundai" arxadan vurub. Nəticədə avtobus qismən, "Hyundai Sonata" isə tam yararsız hala düşüb.
Bundan başqa, avtomobildə olan sərnişin, 15 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik yaralının şəxsiyyəti məlum deyil. Faktı Gəncə polisi araşdırır.
Ömər Ömərov şahid: «Mən avtobusun içərisində qabaqda əyləşmişdim. Bizim avtobus haradasa 100-110 sürətlə gedirdi. Birdən qarşıdakı maşının qabağına at çıxdı, o daynmaq istəyəndə bizim avtobus onu araxadan vurdu».
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO

















