Atyalında yük maşını 3 avtomobilə dəydi, biri marketə çırpıldı - VİDEO

Abşeron rayonu, Atyalı qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza Bakı-Şamaxı yolunun 18.3-cü kilometrliyində yanvarın 20-də saat 22:45 radələrdə qeyd alınıb: “Belə ki, Zaidov Qadir Vəlican oğlunun idarə etdiyi 01-CD-770 dövlət nömrə nişanlı “DAF” markalı yük avtomobili idarəetməni itirərək öncə yol kənarında park edilmiş 99-OG-980 dövlət nömrə nişanlı “Opel” markalı maşına, ardınca isə 99-QT-506 dövlət nömrə nişanlı “Ravon” markalı və 90-YK-749 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitələrinə dəyib. Zərbənin təsirindən “Toyota” markalı maşın ərazidə yerləşən “Rahat” supermarketə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib”.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












