Avropada yol qəzalarında ölənlər azalır – SƏBƏB
Avropa Statistika Ofisi – Avrostat 2021-ci ildə İttifaq ölkələrində yol qəzaları ilə bağlı hesabat hazırlayıb.
Avtosfer.az-ın xəbərinə görə, hesabatda göstərilir ki, 10 illik azlmadan sonra yol qəzalarında ölənlərin sayı artıb. Əgər 2020-ci ildə Avropa yollarında 18 834 nəfər ölmüşdüsə, 2021-ci ildə bu göstərici 19 917 olub.
Bununla belə, 10 il əvvəllə müqayisədə ölüm sayı ciddi şəkildə azalıb. 2011-ci ildə ittifaq yollarında 28 730 nəfər ölüb.
Almaniya, Fransa və İtaliya kimi geniş yol şəbəkəsinə malik ölkələrdə ölüm çox olsa da, hərəkət daha təhlükəsizdir. Bu 3 ölkə hər milyon nəfərə düşən yol qəzalarında ölüm sayına görə ən aşağı yeri tutur. İtaliya 49, Fransa 43, Almaniya 31 nəfər.
Ən ağır vəziyyət Şərqi Avropadadır. Hər milyon sakinə Rumıniya 93, Bolqarıstan 81, Latviya 78 nəfər.
Yol qəzalarında ölümün azlığna görə liderlik Norveçə aiddir. 5,5 milyon nəfər əhali və 3 milyon avtomobilin olduğu ölkədə 2021-ci ildə yol qəzalarında cəmi 15 NƏFƏR HƏLAK OLUB.
Yol qəzalarını azaltmaq üçün Avropa Komissiyası bir sıra təkliflər verib. Bunların başlıcası sürücülük vəsiqələrinin verilmə yaşının 17 müəyyən edilməsi, imtahan prosedurunun daha şəffaf olmasıdır. Tələblər arasında ilk sürücülük vəsiqəsinin 2 illik sınaq müddətinə verilməsi də yer alır. Artıq bir neçə ölkə bu qaydanı tətbiq edir.
Yol qəzalarını azaltmağın ən əsas üsulu kimi magistrallarda və böyük şəhərlərdə intensivliyi aşağı salmaq da tələb kimi qoyulur. Bunun da yeganə yoilu ictimai nəqliyyatın işini təkmilləşdirməkdir.
Vüqar Yaşaroğlu
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












