Avtobus evə girdi: xəsarət alan var - FOTO

ABŞ-ın Nyu-York şəhərində avtobus yaşayış evinə çırpılıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində avtobusun yaşayış evinə çırpılması nəticəsində ən azı 12 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar, onların vəziyyəti məlum deyil. Hadisə Kvins ərazisində baş verib. Avtobus üç mərtəbəli binaya çırpılaraq, binanın küncünü dağıdıb.
Avtobusun "Kazino dünyasının kurortları" şirkətinə aid olduğu deyilir.
Hadisə yerinə çox saylı xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.
Qəza avtobusun Reqo-Park ərazisində yerləşən evə çırpılması nəticəsində baş verib. Sonda üç mərtəbəli evin iki mərtəbəsinin kərpic fasadı dağıdılıb. Yanğınsöndürmə xidmətinin müdiri deyib ki, sürücünü avtomobildən xüsusi qurğu vasitəsi ilə çıxarıblar.
Məlumata görə, hadisəyə ilkin səbəb kimi avtobusun maşınla toqquşmadan qaçması göstərilir. Nəticədə sərnişin nəqliyyatı sağa dönüb, səkiyə çıxıb və idarə etməni itirərək, evə girib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














