Avtobus qəzası: 11 ölü, 7 yaralı - VİDEO

Rusiya bu səhəri dəhşətli qəza ilə açdı. Avtosfer.az-ın məlumatına görə, 9 iyul tarixində səhər saat 04.00 radələrində Krasnoyarskdan Tuva respublikasının paytaxtı Kızıla doğru hərəkət edən "Hyundai" avtobusu qarşı tərəfdən gələn "Mercedes Benz" mikroavtobusu ilə toqquşub. Faciəyə səbəb avtobusun qarşı xəttə çıxması olub.
Hüquq mühafizə orqanları yol nəqliyyat hadisəsi zamanı 11 nəfərin öldüyünü, 8 nəfərin isə xəsarət aldığını bildirir. Həmçinin bildirilir ki, avtobusda 26 sərnişin olub, onlardan 3-ü xəsarət alıb. Mikro avtobusdakıların isə 11-i ölüb, 6-ı xəsarətlə canlarını qurtara biliblər.
Xəstəxanadan verilən məlumata görə, 7 yaralı orta dərəcəli xəsarətlərlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan biri ambulator müalicəyə göndərilib.
Hazırda həlak olanların və xəsarət alanların şəxsiyyətlərinin müəyyənləşdirilir. Xəstəxanaya yerləşdirilənlər arasında 60 yaşlı qadın və 17 yaşlı yeniyetmə də var.
Krasnoyar vilayətinin qubernatoru Viktor Tolokonski və Daxili İşlər Nazirliyinin vilayət üzrə rəisi Konstantin Yurinlə operativ iclas keçirib və xəsarət alanlara və həlak olmuşların doğmalarına yardım göstərilməsi üçün lazımi göstərişlər verib. Tolokonski iclasdan həmən sonra faciə yerinə yola düşüb.
Krasnoyarsk vilayəti administratorluğu mətbuat xidməti qubernatorun həlak olanların əzizlərinə dərin hüznlə başsağlığı verdiyini bildirir.

Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












