Avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - SİYAHI

Bakıda ötən gün baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. Avtosfer.az "report"a istinadən xəbər verir ki, hadisə zamanı ölən şəxslər 1999-cu il təvəllüdlü Fərid Məmmədli və 1982-ci il təvəllüdlü Ruslan Cəfərovdur. Hər iki şəxs avtobusun sərnişini olub. Qəza zamanı ümumilikdə 25 nəfər xəsarət alıb. Həmin şəxslər 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan 13-nün xəsarəti yüngül olduğundan evə buraxılıb. Xəstəxanada müalicəsini davam etdirən 12 nəfər bunlardır:
Məmmədəli Kazımov 55 yaş
Ayşən Nəcəfov 22 yaş
Almaz Cəfərov 33 yaş
Teyyub Cəfərov 39 yaş
Ziyafət Mustafayeva 55 yaş
Yaşar Mirəliyev 53 yaş
Elşən Hacıyev 59 yaş
Azər Əliyev 40 yaş
Bəxtiyar Əliquliyev 50 yaş
Bayram Ağayev 45 yaş
Göyüş Məmmədov 15 yaş
Nahidə Məmmədova 16 yaş.
Siyahıda adları yer almış sonuncu iki şəxs bacı-qardaşdır.
Qeyd edək ki, hadisə Suraxanı rayonunun Yeni Ramana yaşayış massivində qeydə alınıb. Qəza zamanı "Shacman" markalı yük maşını ilə 214 saylı marşurutla hətəkət edən "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














