Avtobus sürücüsünü bıçaqlayan sərnişin: "Dedim ki, ağsaqqal, içkilisən?" - VİDEO

Sərnişin, avtobusu sürətlə idarə edən sürücünü bıçaqladı. Hadisə Sumqayıtda 3 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, 51 yaşlı Namik Yahyayev İsuzu markalı sərnişin avtobusunu yüksək sürətlə idarə edib. Bu, avtobusda sərnişin qismində əyləşən Elçin Qasımovun xoşuna gəlməyib, və o, sürücüdən avtobusu saxlamasını tələb edib. Sürücü avtobusu saxladıqdan sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Elçin Qasımov sürücünü döyərək çanaq sümüyünü sındırıb və bıçaqla xəsarət yetirib. Hadisə zamanı xəsərət alan sürücü Namik Yəhyayev Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Saxlanılan şəxs əvvəllər cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Faktla bağlı araşdırmalar aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












