Avtobus “TIR”la toqquşdu, 16 yaşlı qızın ayağı qopdu - VİDEO

Dayanma-durmanın qadağan olduğu yolda saxlayan “TIR” ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sosial mediada səs-küy yaradan dəhşətli qəza Türkiyənin Kocaeli əyalətində qeydə alınıb. Görüntülərdən məlum olduğu kimi, 435 nömrəli avtobus “TIR”la toqquşub. Hadisə şahidlərinin məlumatına görə, qəzanın baş verməsinə səbəb “TIR”ın parklanma qadağan edilən yolda dayanması olub. Belə ki, yolu iflic vəziyyətinə salan “TIR” hərəkətdə olan avtobus sürücüsünün diqqətsizliyi ilə qəzanı qaçılmaz edib. Nəticədə yüklərlə dolu “TIR”a dəyən avtobusunun sağ yan tərəfi tamamilə sıradan çıxıb. Həmçinin avtobusdakı sərnişinlər müəyyən dərəcəli xəsarətlər alıb. Qəzanın ən acınacaqlı məqamı isə “TIR”ın qoşqusu ilə toqquşan avtobusun ön oturacağında əyləşən 16 yaşlı yeniyetmənin ayağının qopması olub.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sərnişinin ayağını sıxışan hissədən bütöv çıxara bilməyiblər.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












