Avtobusla toqquşan təcili yardım maşını aşdı, 3 tibb işçisi...

Qəzalar 16 Aprel 2023 10:21
Avtobusla toqquşan təcili yardım maşını aşdı, 3 tibb işçisi...
WhatsApp kanalımıza abunə olun

Türkiyənin Kocaeli vilayətində təcili yardım maşını avtobusla toqquşub.

Qəzadan sonra təcili yardım maşını aşıb.

Hadisədə biri sürücü olmaqla 3 tibb işçisi xəsarət alıb.

Hadisə yerinə xilasedicilər, sağlamlıq və polis qrupları sövq edilib. Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. (lent.az)

Oxunub : 2172
ŞƏRH YAZ
Ad

E-mail

Şərh