Avtomobil 4 nəfəri vurdu: 2 ölü - FOTO

Göyçay-Ucar yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 9 radələrində yolun 8-ci kilometrliyində, Göyçayın Mallı-Şıxlı kəndi ərazisində qeydə alınıb. Ucar sakininə məxsus 61-BD-618 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən 4 piyadadan ikisini vurub. Məlumata görə, Göyçayın Xəlitli kənd sakinləri - 1993-cü il təvəllüdlü Mikayılov Elnur Firudin oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Zahid Veyis oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəsarət almasa da, həkim müayinəsindən keçirilərək evə buraxılıb.
Hadisəyə çiskinli havada sürücünün idarəetməni itirərək avtomobili yolun kənarına çıxarması səbəb olub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












