Avtomobil kanala düşdü, sürücü boğulub öldü

Neftçala rayonunda avtomobil su kanalına düşüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Neftçala rayonunda su kanalına “VAZ” markalı minik avtomobilinin düşməsi və içərisində 1 nəfərin olduğu barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri əraziyə cəlb olunub. Məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Bundan əvvəl də Xaçmazda avtomobil su kanalına düşmüşdü. “VAZ” markalı minik avtomobilinin rayonun Qımılqışlaq kənd ərazisində su kanalına düşməsi nəticəsində sürücü ağır xəsarət almışdı.
Elmin
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












