Avtomobil piyada keçidini bu hala saldı - FOTO + VİDEO

Bakının Nərimanov rayonunda baş vermiş avtomobil qəzası Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə Atatürk prospekti arasında olan hissəsində yerləşən yerüstü piyada keçidində yanğının baş verməsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a bildirib ki, sözügedən prospektin əsas yolundan yan yoluna, Atatürk prospektinə doğru keçmək istəyərkən sürücü idarəetməni itirərək avtomobilini öncə yol ayrıcında olan səki daşlarına, daha sonra isə yerüstü piyada keçidinin qarşısında yerləşən avtobus dayanacağına və işıq dirəyinə çırpıb.
Zərbə nəticəsində avtomobil yanmağa başlayıb. Yanğın qısa müddət ərzində piyada keçidinə də keçib. Əraziyə çağırılan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını ala biliblər.
Bədbəxt hadisə zamanı yerüstü piyada keçidinin bir hissəsinin üzlüyü, dam örtüyü və metal konstruksiyaları, həmçinin girişdə olan eskalatorların bir hissəsi yanaraq sıradan çıxıb.
Bundan başqa qəza zamanı piyada keçidinin pilləkənlərinin mərmər üzlükləri və səki daşları qırılaraq, yararsız hala düşüb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












