Avtomobil qəzalarının sayı artıb - 706 nəfər ölüb

2021-ci ildə 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Avtosfer.az-a verilən məlumatda bildirilib.
Onlardan 706-sı həlak olub, 1452-si isə yaralanıb. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Rəsmi məlumata görə, yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olub.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
| Göstəricinin adı | 2021-ci il | 2020-ci ilə nisbətən, faizlə |
| Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1649 | 103,9 |
| Məkanına görə: | ||
| magistral avtomobil yollarında | 182 | 99,5 |
| yaşayış məntəqələrində | 1467 | 104,5 |
| İşıqlılıq vəziyyətinə görə: | ||
| gündüz vaxtı | 694 | 102,7 |
| toran vaxtı | 338 | 95,2 |
| gecə vaxtı | 617 | 111,0 |
| Yol örtüyünün vəziyyətinə görə: | ||
| quru yol örtüyü | 1547 | 103,8 |
| digər (yaş, buz və s.) | 102 | 106,3 |
| Zərərçəkənlərin sayı, nəfər | 2158 | 102,5 |
| həlak olanlar | 706 | 101,4 |
| yaralananlar | 1452 | 103,0 |
Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, nəticədə 8 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












