Avtomobil yük maşınına və sərnişin avtobusuna çırpılıb: 3 yaralı - VİDEO

Bakı-Qazax magistral yolunda qəza baş verib. Avtosfer.az "report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 263-cü kilometrliyində, Ağdaş rayonunun Yenicə kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Cavadov Rafiq Tofiq oğlu "KİA" markalı minik maşını ilə paytaxt istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn 1978-ci il təvəllüdlü Eminov İbrahim Niyazi oğlunun idarə etdiyi "QAZ 53" markalı yük maşınına çırpılıb.
Sonra "KİA" yoldan çıxaraq Gəncə istiqamətində hərəkət edən 1964-cü il təvəllüdlü Ələsgərov Elman Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunun yoluna çıxıb və ona çırpılıb.
Qəza nəticəsində "KİA"nın sürücüsü və sərnişini - 1974-cü il təvəllüdlü Bakı şəhər sakini Quliyev Azad Əliyusif oğlu, həmçinin avtobusda olan sərnişin - Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Əsədov Elvin Nizami oğlu xəsarət alıb. Onlar dərhal Ağdaş Rayon Mərkəzi xəstəxanasına aparılıb. Hazırda yaralıların vəziyyəti orta-ağır olaraq qalmaqdadır.
Qəzanın səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Makaron daşıyan yük maşını aşdı - Məhsul yola dağıldı - VİDEO
Kürdəmirdə idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
İki nəfər ölüb, yaralılar var - FOTOLAR - YENİLƏNİB
Oğuzda iki avtomobil toqquşdu, bir nəfər xəsarət aldı - VİDEO
Son iki gün ərzində 6 piyadavurma olub, 4 nəfər ölüb
Sürücü məsafəni düzgün hesablamadı, avtobus obyektə çırpıldı - VİDEO - YENİLƏNİB
Polis diqqətsiz sürücülərin törətdiyi qəza görüntülərini paylaşdı - VİDEO
Sumqayıtda avtomobilin vurduğu piyada öldü - FOTO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb - FOTO
“Changan” piyadanı vurub öldürdü - Aeroport yolunda qəza
Polis təqibi avtoqəzaya səbəb oldu: 2 ölü, 7 yaralı










