Avtomobili dərəyə aşdı: 1 öldü, 3 yaralı

Azərbaycanın Şamaxı rayonunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-y istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun 131-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb.
Şamaxı rayonu Şirvan kənd sakini, 1954-cü il təvəllüdlü Səfərov Əlibəy Müzəffər oğlu 10-CE-292 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşında idarəetməni itirib və avtomobil yoldan çıxaraq, dərəyə aşıb.
Hadisə zamanı avtomobildə olan, 1999-cu il təvəllüdlü Rəşidov Orxan Arif oğlu aldığı bədən xəsarətindən ölüb, 1995-ci il təvəllüdlü Sadıqova Xonça Rasim qızı, 1994-cü il təvəllüdlü Rəşidova Balaqız Əsəd qızı və sürücü Əlibəy Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ölən sərnişin sürücünün nəvəsidir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










