"Avtoş" 62 yaşlı qadını və nəvəsini vurdu

Göyçay rayonunda bir nəfərin ölümü, birinin də yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Göyçay rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Göyçay rayon sakini 1953-cü il təvəllüdlü Validə Cəfər qızı Əhmədova, nəvəsi 1995-ci il təvəllüdü Murad Elbrus oğlu Məhərrəmovla yolu keçərkən 23-BH-971 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik avtomobili onları vurub. 62 yaşlı Validə Əhmədova yerindəcə keçinib. Nəvəsi isə müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdü Ruslan Niyaz oğlu Kərimov həbs edilib. Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












