Azərbaycan futbolçuları qəzaya düşdü – Matç təxirə salındı

Əvəzedicilərin çempionatında XXXIV turunun bu gün keçirilməli olan "Simurq" - "Bakı" matçı baş tutmayacaq. Avtosfer.az futbolpress.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynovun sözlərinə görə, "Bakı"nın avtobusu qəzaya uğrayıb və bu səbəbdən matç təxirə salınıb: "Mən məsələ ilə bağlı saat 12 radələrində "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladım. O, mənə dedi ki, onları Zaqatalaya daşıyan avtobus Şamaxı yolunda qəzaya uğrayıb. O bildirdi ki, görüşün təxirə salınması üçün bizə məktub ünvanlayacaq. Lakin Yaşar Seyidova bunun qeyri-mümkün olduğunu bildirdim. Artıq hakimlər də ora gedib. "Simurq" meydana çıxacaq, görəcək ki, rəqib yoxdu, hakim də bunu protokola qeyd edəcək. Sonrasını İntizam Komitəsi aydınlaşdıracaq".
"Simurq" - "Bakı" matçı saat 14:00-da başlamalı idi.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












