Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO

Sovet mətbuatını izləyənlər yaxşı bilirlər ki, vaxtlar avtomobil qəzaları ilə bağlı məlumatlar qəzetlərə demək olar yol tapmırdı.
Avtosfer.az xəbər verir ki, QLAVLİT-in (Mətbuatda Dövlət və Hərbi Sirlərin qorunması üzrə Baş İdarə) təlimatında bu məsələ konkret göstərilmişdi. Nəqliyyat qəzalarına dair statistika dövlət sirri hesab edilirdi və açıq mətbuata yol tapa bilməzdi.
Lakin, QLAVLİT-in məşhur 1976-cı il Siyahısına 1 il sonra müvafiq əlavələr edildi. Bununla da, hansısa avtoqəza barədə məhdud şəkildə olsa da, məlumat yaymağa icazə verildi. Təbii ki, DİN-lə razılaşdırılmış formada. Rusiya tarixçilərinin arxiv tədqiqatları nəticəsində başqa bir maraqlı fakt da ortaya çıxıb. Məlum olub ki, rayon qəzetləri qəzalarla bağlı xəbərdə daha “sərbəst” olub. Lakin bu, heç də hansısa jurnalistin işə gələrkən gördüyü qəza barədə sərbəst şəkildə xəbər hazırlaması mənasına gəlmir.
Xəbər hazırlanarkən senzura ilə məsləhətləşmək mütləq idi. Bundan başqa, qəzanın birmənalı şəkildə sürücünün (sürücülərin) təqsiri üzündən baş verdiyi göstərilməli idi. Yolun vəziyyəti, avtomobilin nasazlığı və ya texniki qüsuru ucbatından qəza baş verməsi haqda yazmaq olmazdı. Xəbər elə yazılmalı idi ki, hadisə barədə oxucuda tam təsəvvür formalaşmasın.
İşin maraqlı tərəfi xəbəri hansı mətbuat orqanının yazması idi. Çox böyük qəzalarla bağlı respublika və mərkəzi (Moskva) mətbuatda bir neçə cümləlik gecikmiş xəbərlər yer ala bilərdi. Rayonlarda baş verən qəzaları yalnız yerli qəzetlər işıqlandıra bilərdi. Respublika mətbuatı bunu istinadla da olsa verə bilməzdi. Sadə dildə desək, hadisəni “Lenin yolu”, “Ağdaş pambıqçısı” və ya “Əmək” qəzeti işıqlandıra bilərdi. Azərinformun (AZƏRTAC-ın sovet dövründək adı) isə bu xəbəri yaymaq səlahiyyəti yox idi.
Sovet senzurasının qadağada bir məqsədi vardı: rayondan kənara çıxmayan qəzetdə işqlandırılmış hadisədən az adam xəbər tutacaq. Həm də bu yolla pambıq, süd, taxıl planı, əmək yarışları kimi şablon xəbərlərlə dolu lokal qəzetlərə az da olsa rəng qatmaq mümkün idi. Azərinformun yaydığı məlumatdan isə bütün sovet məkanı, hətta Moskvada əyləşən xarici jurnalistlər də xəbər tutacaqdı.
Belə qadağalar sayəsində hələ də bir çox insanda “sovet dövründə bu qədər qəza olmurdu” təsəvvürü formalaşıb. Halbuki, senzuranın nisbətən yumşaldığı 1987-ci ildə “İzvestiya”da belə bir xəbər yer alıb: “ölkədə (SSRİ – müəl.) hər il yol-nəqliyyat hadisələri nəticəsində 40 min nəfər ölür, 250 min nəfər xəsarət alır. Avtomobil sayının SSRİ-dən səkkiz dəfə çox olduğu ABŞ-də isə ölənlərin sayı 50 mindən bir qədər çoxdur”.
Yazıda məqsədimiz sovet dövründə çalışmış həmkarlarımızın işini pisləmək deyil, tam əksinə hansı ağır şəraitdə işlədiyini göstərməkdir. Bir anlıq təsəvvür edin: baş redaktor xəbəri yoxlaya, düzəliş edə bilər, lakin onun xəbərin buraxılışına icazə vermək səlahiyyəti yoxdur. Üstəgəl, müxbirə xəbərin çapa verilməsinə senzura icazə vermir də deyə bilməz. Konstitusiyaya görə, Sovet ittifaqında mətbuat azad idi, senzuradan söhbət gedə bilməzdi.
Xəbər çapa qədər 2 dəfə, çapdan sonra isə 1 dəfə yoxlamadan keçirilir və müvafiq jurnalda qeyd aparılırdı. Dəfələrlə olub ki, çapdan sonrakı yoxlama nəticəsində qəzetin bütün tirajı məhv edilib!
Vüqar
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB














