Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi

Bakının Səbail rayonunda "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər edən sürücü barəsində inzibati protokol tərtib olunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə 2026-cı ildə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Bulvarda baş verib.
Məlumata görə, 2003-cü il təvəllüdlü sürücü Hacı Ramiz oğlu Həsənli bazar dəyəri 630 min manat olan "Lamborghini Urus SE MY26 Plug-in Hybrid" avtomobili ilə hərəkətdə olarkən müxtəlif ziqzaqvari manevrlər edib. Hadisə "drift" kimi qiymətləndirilib.
Bununla bağlı Səbail Rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşı sürücünün əməlini İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edib. Həmin maddəyə əsasən, avtomobili qəflətən sürətləndirərək təkərlərin yol səthi ilə davamlı sürtünməsi nəticəsində səs yaradılması və ya yol səthində çox sayda təkər izinin buraxılması avtoxuliqanlıq kimi qiymətləndirilir. İş Səbail Rayon Məhkəməsinə göndərilib.
Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə 2003-cü il təvəllüdlü, ali təhsilli, subay Hacı Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilib.
Məhkəmə qərarında qeyd olunub ki, avtoxuliqanlıq hesab edilməsi üçün hərəkətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı şəkildə pozulması kimi əlamətlər mövcud olmayıb.
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA












