"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid S.N təqsirləndirilən şəxsləri tanıdığını, Gülnar Müzəffərova və Qasım Xankişiyevin dayısı olduğunu deyib:
"Qasım Rusiyadan gəlmişdi. Həm də nəvəmin 1 yaşı tamam olurdu deyə qurban kəsmişdik. Bacım dedi ki, Gülnargilin evində söz-söhbətdir. Gecə saat 3 idi. Gülnargilə getdik, onun üzündə xəsarət var idi, gözlərinin altı qaralmışdı. Gülnar yaxşı deyildi, deyirdi ki, adam öldürüblər. Mən "102" xidmətinə zəng vurub baş verənlərlə bağlı məlumat verdim".
Şahid X.S hadisə baş verən gün evində yatdığını deyib:
"Yatmışdım, bacı-qardaşın mübahisəsinin səsinə oyandım. Nə baş verdiyini soruşdum, Gülnar dedi ki, Elşən adam öldürüb, getdi təslim olmağa. Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər. Mən bilsəydim ki, o ölüb, heç qurban kəsərdim? Nəvəmin 1 yaşı olurdu, onun sevincindən qurban kəsib, ailəliklə yığıncaq edirdik. Gülnar günahsızdır. O, yalan ifadənin qurbanıdır".
Məhkəmə daha sonra sənədlərin tədqiqi mərhələsinə başlayıb.
Növbəti proses 13 oktyabr saat 16:45-ə təyin olunub.
Xatırladaq ki, hadisə Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. (lent.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












