Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?

Özünü bilərəkdən avtomobilin qarşısına ataraq qəza görüntüsü yaradan və sürücünü şərləyən şəxslər, əməlin xarakterindən və məqsədindən asılı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (CM) ilə birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar.
Əgər belə bir simulyasiya edən piyada sürücüdən polisə şikayət edəcəyi hədəsi ilə pul tələb edərsə, bu əməl CM-nin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə tövsif edilir və bu cinayətə görə şəxsə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası (əgər əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya zərərçəkmişə külli miqdarda ziyan vurmaqla törədildikdə isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə) verilir.
Əgər şəxs sürücüdən nağd pul qoparmağa çalışmasa da, hüquq-mühafizə orqanlarına yalan məlumat verərək sürücünün ağır cinayət törətdiyini iddia edərsə, bu hərəkət CM-nin 296-cı maddəsi (Yalan xəbərçilik etmə) ilə cəzalandırılır. Bu maddəyə əsasən, cinayətin törədilməsi barədə bilə-bilə yalan xəbərçilik etməyə görə piyadanı min beş yüz manatdan üç min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir; əgər bu şər atma sübutların saxtalaşdırılması ilə müşayiət olunarsa, cəza 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə təyin edilə bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












